“Azərbaycan” qəzetinə gözaydınlığı
Gözün aydın, ay düz sözüm,təmiz sözüm, –Yolun açıq...Qorxulardan, hədələrdən qop azacıq!Gey əyninə qandallardan qançır olmuş qanadını.Yığ gözünə şirvələri aşa bilmək inadını!Yüz əsrlik çeşmələrin gözünü aç!Üfür külü! Bu ocağın gözünü aç!Sən Xətai harayında döyüş idin,Sən Nəsimi dodağında ilahiyə görüş idin.Sən Füzuli zirvəsində möcüzəydin,Sən Sabirin səngərində cəmi şərlə üz-üzəydin!Dədə Qorqud hikmətinə çata bilsənƏtalətdən silkələnib, yorğunluğu ata bilsən,Yenə elə aşıb-daşan okeansan!Köləliyin başı üstə bir tufansan!İldırımsan, yaxacaqsan,Sən bu zülmün sarayını yıxacaqsan!Qoy xəcalət çəksin bir azmədhiyyəçi xəbərçilər!Sən qardaşlar ürəyinə rəhm çilə!Qılınca dön, qurşuna dön,Bu padşah ordu sevmir,Sən silahlan, qoşuna dön!Boğazına kəfən dola, əzabları al gözünə.Ürəyini qalxan eləHər gün böhtan süngüsünə.Şər minüzlü, şər ayrılmaz.Al qanını üzünə tut, ümidini yarana bas!Bir vaxt düşmən səni boğdu,Bu gün tarix səni doğdu.Bu gəlişin əbədilk, bu gəlişin biryolluqdu!Sən qırx beş il ürəyimi deşən sözüm,İki yüz il məqam gəzənac həqiqət – sısqa bir şam,Mən bir ömrü yol gözləyiböz haqqımın zərrəsini qazanmışam!..İlk sayında bomba gücü, zəlzələlər tərpənişi.Sanki tilsim qırılıbdı əjdahanın sınıb dişi,Kabinetlər silkələnir, telefonlar zingildəyir.Yer titrəsə tərpənməyən bir sözümdən dingildəyir.Səhifələr qan-qırmızı, hər baxanın yüz əmması,Qan içəndə qorxmayanın sözdən qorxmaq müəmması.Hədələrdə cəllad hökmü; Moskvanın əmri qəti:Öz ömrünü qapadırsan qapatmasan bu qəzeti.Dedim: Sizin bu dünyadan xəbəriniz yoxdur deyən.Millətinə haqq istəyir Millətimi qul eləyən.“Əzilirəm”! deyir mənə məni əzən.Kim biləcək sən haqlısan öz haqqını söyləməsən”.Atıldım çölə balıqtək son əlacım bir damla su...Gördüm sinəmi böyüdür böyüyün hədə-qorxusu!İndi daha yalvarışdı uzaqlarda qalan səsi!Bir dəfəlik dağılmışdı bu ağ evin vahiməsi.Gördüm adın dillərdədir, məlhəm gəzir qanlı yara.
Bayraq kimi taxılmısan hər tin başı divarlara!Dedim, sözüm, gözün aydın,millətimin güvəncisən!Çox olacaq zirvə aşanBu zirvədə birincisən!..Gözün aydın, “Azərbaycan”,Döyüş himnim, alın yazımHər gün mənə “dərs versinlər”.Təki səsim alınmasın!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-azerbaycan-qezetine-gozaydinligi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dağlardan dağlara danışın ancaq,Düzənlik nə bilir dağ deyilən nə...
Nazim Hikmət yoluƏgər insan öləndə ömür başa çatırsa,dayanırsa hərəkət
Gündüzüm gözləyirO körpə əlləri mənim gör nəyim, –İstidə yelpiyim, qışda köynəyim...
Günəbaxan zəmisindəSəhər günəbaxan zəmisi şehli,Körpə günəşlərdi odsuz yananlar.
Başqa şairlərin şeirləri
Gecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
UtanmaEy ardən ari, bala, mərdanə utanma,Hər ləhzədə ol sakini-çayxanə utanma!
İngiltərəQoymayaq olsun ki, sahib-ixtiyar İngiltərə,Yoxsa bizlərdən çəkər axir damar İngiltərə.
Qəzəl: Ta əvc döndü bülbüli-dastansəra səsiTa əvc döndü bülbüli-dastansəra səsiGahı gəlir qulağıma bir aşina səsi