Millətə nə qədər dərs vermək olar?Dəli də dartınır: mənim sözüm var!Nadan cilovunda küçə xamları –Adam olmayanın “öz adamları”...Kürsüdə pələngdi, daldada quzu,Moskva casusu, Tehran casusu!Gələcək bölgüdə nisyə iş alır,Telefon zəngiylə göstəriş alır:“Ziyalı ayıqdı, qoyma yaxınaYazıçı sevilir, qara yax ona!Bizimlə bir kökdən, rişədən deyil,Möhkəmdi, heç kəsi eşidən deyil.Sənin kimliyini bilir filankəs,Gücün çatmayanda işığını kəs!Qafası olanın əz qafasını,Nüfuzu olanın qır nüfuzunu,“Azadlıq” deyəndə öz nəfini bil,“Millət” söyləyəndə tərəfini bil!Torpaq alındıqca millət çaşacaq,Bizim məqsədimiz yaxınlaşacaq.Allahdan söhbət aç, Qurandan danış

Dünyada İslamı qurandan danış.Millətə fərqi yox, lap meymun olsunÖnündə zahiri bir mömin olsun.Kimin sözü keçir, mövqeyi qəti,Xalqın arasında varsa hörməti –Çalış ki onu da bizlərə bağlaBağlaya bilməsən, ləkə yax, dağla!”Beləcə millətin səfər başındaHər kəs pay umurdu ər savaşından.Tapşırıq qulları önə atıldı,Halal işimizə haram qatıldı.Bir əl quzusudu kürsüdəki şir,Hər gün yuxarıdan dərs alıb gəlir.Millət xəbərsizdi – dərdinə yanır,Tülkü həccə gedir – millət inanır!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən