Nəcib, düşüncəli bir bəstəkar qız,Piano önündə oturmuş yalqız.Şirmayı dillərdə gəzdirdikcə əl,Bir mahnı yaradır incə, şən, gözəl.Bax bu da xoş günə – bayram gününə,Qurbanı olduğum vətən mülkünəBayram töhfəsidir,Sevinc səsidir.Başqa bir aynabənd otaqda da bax,Bir şair oturmuş fikrə dalaraq.Onun qələmindən süzülür inci,O ağ vərəqlərə düzülür inci.O duyub düşünür, sevinib gülür,Sanki gözlərindən sevda tökülür,Bax bu da xoş günə – bayram gününə,Qurbanı olduğum vətən mülkünəBayram töhfəsidir,Sevinc səsidir.O yanda, Boz Dağın ətəklərində,Uca bir qayanın sərin yerindəMahir bir mühəndis kəşf edir yenə,Torpağın ən bakir sirrlərini,Bizə şəfa verən bayram şəninəQurtarır fərəhlə öz əsərini...Bax bu da xoş günə – bayram gününə,Qurbanı olduğum vətən mülkünəBayram töhfəsidir,Sevinc səsidir!..Şubay buruqlara qüvvət, can verənBir buruq ustası odur səhərdənYerin qatlarından çəkir qara qan.

Bir azdan parlayıb yenə qızıl dan,Qəlbləri oxşayan minbir rəng görüb,Qızıl şəfəqlərdən bir çələng hörüb.Qoyur mərd başına qəhrəmanların,İdraklı, hünərli bu insanların.Bax bu da xoş günə – bayram gününə,Qurbanı olduğum vətən mülkünəBayram töhfəsidir,Sevinc səsidir.Ey könül, bu həyat, bu nurlu sabah

Sənə də bəxş etmiş ilham sazını,Tərənnüm eylə sən coşub bir dahaQoy ellər dinləsin xoş avazını!Bax bu da xoş günə – bayram gününə,Qurbanı olduğum vətən mülkünəBayram töhfəsidir,Sevinc səsidir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən