Gözəl
Gözlərin şöləsi min aya bənzər,Salmısan atəşə, a zalım gözəl.Həsrətindən əlif qəddim dal oldu,İstərəm, qadanı az alım, gözəl.
Örtmüsən başına şalı bağdadı,Eşq ucundan məcnun könlüm bağdadı.Füzuli gəşt etdi, gəzdi Bağdadı,Rüstəmim, Zöhrabım, a zalım gözəl.
Usta Abdullanı salmısan dərdə,Aparıb əqlimi salmısan dərdə.Gəzdim Şəki, Şirvan, Qarabağ, Bərdə,Bir insaf etmədin, a zalım gözəl.
Kitabxana.az · https://kitabxana.az/works/usta-abdulla-gozel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Yaz havası
Mələşir qoyun-quzular,Gələn yazın havasından.
Ey vay ki, heysiyyəti-millət götürüldü!Ey vay ki, heysiyyəti-millət götürüldü!Millətdə olan büsbütün adət götürüldü!
Cahanda qəmlərimi təkcə bir duyan var idiFərəhli günlərim olmuşsa, o səbəbkar idi.
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!