Ovçusan, durubsan ov bərəsində,Qur tələni, maral keçdi, yayındı.Əlif qəddin, ay qabağın, gül üzün,Cəllad qaşın çəkilibdir yay indi.

Ərş üzündə Gün dolanıb üzərmiş,Müxənnətin dolandığı üzərmiş.Dərdin məni incəldərmiş, üzərmiş,Ya bu gündü, ya sabahdı, ya indi.

Abdullayam, qayıl oldum ay aza,Katib gərək mənim dərdim a yaza.Zimistanda ilqar verdin a yaza,A beymürvət, gözləyirəm yay indi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri