Nagah yerdən sərsər əsdi sərimə,Necə tutdu məni qəhri-qəza, bax!Bir ox dəydi keçdi balu-pərimə,Pərvanətək məni saldı gözə, bax.

Geyinib məclisdə dolanır ağı,Mən olmuşam ala gözün dustağı.Yenə məclisimdə gəzdirir ağı,Yar tutubdur bir əlində məzə, bax.

Abdulla qocalıb gör nə söyləyir,Təzdən eşqə düşüb, “mənəm-mən” – deyir.Qəlbən dost olanlar belə söyləyir,Eşqə düşüb, Sənan olub təzə, bax!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq