Ahu nigah, ay həsrəti xumarın,Dolanıb bağlarda bar axtarırsan.Gözü yolda qalan intizarın var,Ya da xəstə üçün nar axtarırsan.

Hayana baxırsan, tökürsən yaşı,Sənin bu ah-nalən yandırır daşı.Sənə kar eyləyir eşqin ataşı,Ya da pərvanəsən, nar axtarırsan.

Gözəl, sənin bu halını görəndə,Suvar oldu qəm qəndəli səməndə.Ya istəkli dostun keçib kəməndə,Ya müşkülə səbəbkar axtarırsan.

Yazıq Abdullayam, yetmədim nəfə,Qəm yazdım dəftərə yenə bir səhfə.Züleyxasan, eşqin düşüb Yusifə,Ya özünə layiq yar axtarırsan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq