Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar,Tərlədib ruxsan al eylərdi, al eylərdi yar.
Ah ol dəmlər, nə dəmlər kim qəzəlgu hər yana,Kakiləfşan, mufışan rəmli-qəzal eylərdi yar.
Heyrətim zur eylədikcə vehşigahi-eşqdə,Ünsiyyət eylərdi könlüm, guşmal eylərdi yar.
Vəh, nə aləmdir məhəbbət aləmi kim bir məqal,Nim təbəssüm, nim nigəh, halım sual eylərdi yar.
Badeyi-dildarlıqla aşiqi məst eyləyib,Başqa halət göstərərdi, başqa hal eylərdi yar.
Ey xoş ol saət, nə saət, ey xoş ol halət nə hal,Dilbəranə göftgu, Şirin məqal eylərdi yar.
Məqtə — şairin təxəllüsü olan son beyt. Noldu, ey Miri Nigari, ol zaman kim biqərəz,Eylədikcə min niyazü erzi-hal eylərdi yar.
Kitabxana.az · https://kitabxana.az/works/mir-hemze-nigari-ey-xos-ol-gunler-cixib-erzi-cemal-eylerdi-yar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şamu səhər, ey dil, vəchi-dildarə,Sərf eylədin nəzər kim oldun mail.
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
Əzm eylə diyari-ŞirvanıƏzm eylə diyar-ı ŞirvanıQət eylə rəh-i Azərbaycanı
Dağlayıbdır məni bir laləuzari-QarabağNə əcəb dovlət imiş seyri-şikari-Qarabağ,Nə gozəl nemət imiş sohbəti-yari-Qarabağ.
Başqa şairlərin şeirləri · Eşq
Ovçu bilməz, xəyalının öz səsidir,Öz qəlbinin, öz eşqinin nəşəsidir?!
Qəzəl: Könül sirrinə hər kəs məhrəm olmazKönül sirrinə hər kəs məhrəm olmaz,Vəgərnə olsa yüz min qəm, qəm olmaz
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş