Sinəmə çəkilən qara dağımdırQara bağrım qanlı QarabağımdırQan əkər, odlar tökər Miri-Nigari məgərYad qılıbdır yenə Qarabağ torpağını

Eşqin kanı Qarabağdır məkanımBülbülü-şeydayam, cənnət yerimdirƏvvəl başdan Qaraqaşdır bostanımİndi gülüstanım Qarapirimdir.

Bir qönçə gülünün tarımarıyamGörüm abad olsun ol QarabağıBir gözəl ceyranın giriftarıyamŞənlik olsun dağı, bağı, ovlağı

Gözlərimdən hər dəm qan - yaş tökülürSərvtək qamətim yaytək bükülür.Sinəmə çal-çarpaz dağlar çəkilirYadıma düşəndə Çilgəz yaylağı

Xabları Huridir, Mələk mənzərdirSözləri şirindir, şehdü-şəkərdirCənnəti-Məvadır, Hovzi-KövsərdirQaraqaş yaylağı, Həmzə bulağı.

Ey Nigari, ömrün erişdi payəSalmadı başıma ol sərvi sayəCan qurban eylərəm peyki səbayəXəbər versə bir gün ol Qarabağdan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq