Bülbül
Səhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,Əgər vəfalısan sən də mənim tək,Bulanıb qanına batsın bülbül.
Bir məsəldir hər ağacda bar olmaz,Tur dağı tək hər dağ laləzar olmaz,Cəfa çəkmə bivəfadan yar olmaz,Gedib bir doğru yar tutsun bülbül.
Əgər yarın bir bivəfa yar isə,Səbah-şam çəkdiyin ah-zar isə,Fərhad və Məcnuncə dərdin var isə,Gətirib dərdimə qatsın bülbül.
Qızıl gülü qara zağlar dərincə,Çöhrəsində xarlar səfa sürincə,İşqin mətaını badə verincə,Varıb bazarında satsın bülbül.
Bivəfadan ötrü çəkmə ah-zar,Niçün əhvalına olmaz əşkbar,Səhər-səhər ağlayanda zar-zar,Zabitə bir xəbər versin bülbül.
Kitabxana.az · https://kitabxana.az/works/zabit-el-sairi-bulbul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ustad sadiq qaldı öz ilqarına,Milyonlar bir mizrab vurur tarına.
AramızaKönlümə o çağlar düşüb,Gözümdən o bağlar düşüb,
İstəyüp dərdinə eşqin bulmazam andan dəvaİstəyüp dərdinə eşqin bulmazam andan dəva,Nə qədərdür yaşuma çün bilməzəm andan qəza.
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı