Bizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızıŞəkər əzmiş dodağına, dilinəAlma tək yanaqları qırmızı

Bakım yoxdur sultanından, xanındanSəni sevən keçər şirin canındanAlvan-alvan aşiqlərin qanındanXına yaxmış barmaqları qırmızı

Mənim yarım həm sultandır, həm xandırMalım yoxdur yara peşkəş bu candırİncü deyil, yaqut deyil, mərcandırQolundakı qolbaqları qırmızı

Mina dir Xırda, kisən qurşansınSəni sevən aşiq bağrı boşansınAlvan-alvan otaqları döşənsinYanındakı yastıqları qırmızı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq