Halalım gedib
Ta ki, o gündən mənim, mah cəmalım gedib,Sanki əlimdən tamam, cah cəlalım gedib.
Yar nədən küsdü ki, küsmək axı pisdi ki,Eşq şirin hissdi ki, şəkkərü balım gedib.
Əcl qonağım gəlib, ölməli çağım gəlib,Ömrə zavalım gəlib, ta ki, vüsalım gedib.
Arı ucuz satdılar, nəfsi uca tutdular,Xeyri-şərə qatdılar, pak halalım gedib.
Bir daha gəlməz o yar, getdi gözəl ruzigar,Gəlsə qiyamət olar, gəlməsə halım gedib
Şordu bu xakım mənim, baldı bu Baküm mənim,Şəhrimə hakim mənim çoxdu, sualım gedib.
Şuri şərin dövrünə düşdü bu ömrüm tamam,Başı bəlalım gəlib, başı havalım gedib.
Sər deyiləm sərkərəm, zər deyiləm zərgərəm,Bir döyüşən əsgərəm, ömrü məcalım gedib.
Şər qalama Pünhana, salma onu böhtana,Haqsız olan dövrana, böylə qəzalım gedib.
6 sentyabr 1996, Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-halalim-gedib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İllərlə ömür sürdük, kabuslar arasında,Gah erməni icması, gah ruslar arasında.
Sınacaq çanaq başındaYenə dərd içində Pünhan oturub varaq başında,Döşəyir acı həqiqət sınacaq çanaq başında.
Daş sizə qəmbər bizəQarğıyıb zalım fələk istər sizə, istər bizə,Çox dəyib mitinq zamanı daş sizə, qəmbər bizə.
Kəlmədə məna yükü varNecə dönsün fələyin çərxi ki, dünya yükü var,Necə sönsün bu yanan şəm ki, sevda yükü var.
Başqa şairlərin şeirləri · Eşq
Dost-həmdəmim yetən kimi vətənə,Gör bir gözləyirmi yolum yar mənim?
Kor olduGözün baxa-baxa, qızın kor oldu,Dərdin nə böyükdü, ay anam mənim!
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Qəzəl: Şikəstə oldu könül zülfi-yar dərdindənŞikəstə oldu könül zülfi-yar dərdindən,Bəlaya uğradı miskin nigar dərdindən