Ay örtdü günü, qaldı günüm bil, qara gündəGün qarə olan ildə olar il qara gündə.

Ekranımızın qülləsi şeytan zolağında,Mədhiyyə yayan halqalı məftil qara gündə.

Məmur özü «Cip»də, gözü cibdə dolananda,Əlbətdə olar xəstə, əlil, şil qara gündə.

Onlarla sənətkar sənətin atdı acından,Tərk etmə qaboy çalmağı, Kamil, qara gündə.

Bir dövr var idi dili həm dilçəyi vardı,Dil çəkdiyi gündən qısalıb dil, qara gündə.

Allah mənə rəhm eylədi qəflətdən ayıldım,Məndən sora qaldı neçə qafil qara gündə.

Mail qara günlərdə elin həmdəmi idi,Öldü, bizi qoydu Hacı Mail qara gündə.

Dəryada külək qopmasa, ta coşmasa dərya,Pünhan, qalacaq daima sahil qara gündə.

10 sentyabr 1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri