Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər,Məsəldir mərdüm içrə: “Məst olan, əlbəttə, qan eylər”.
Könül, bil kim, o çeşmi məst olub heç bir xəta etməz,Yəqinimdir, əgər, qan etmiş olsa, qanə-qan eylər.
Əgər qaşü gözün xişm eyləsə, ey mahi-növ, bir dəm,Könüldə fitnələr peyda olur, hər dəm fəğan eylər.
Nihani baxmağından iztirabi-könlüm, əfzundur,Nə cadudur ki, hər dəm kəşfi-əsrari-nihan eylər?
Uçub mürği-dilim qonmuş səri-zülfi-pərişanə,Bəla sərmənzilində gör nə qafil aşiyan eylər?
Üzün dövründə zülfün küfrə bənzər, tutmuş imanı,Hərami xeylini kim böylə gəncə pasiban eylər?
Səba zulfün nəsmin gər aparsa vadiyi-Cinə,Xötən səhrasını mişkin edib ənbərfəşan eylər.
Rəqibim görməsin bir nəşə, ya rəb, cami-işrətdənKi, məndən bisəbəb ol şuxi məstü sərkiran eylər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Deyirlər: dərdi-eşqin adəm öldürməz, - dürüstdür buVə lakin əmr elər, mən kimi zarü Natəvan eylər.
Kitabxana.az · https://kitabxana.az/works/natavan-konul-qanin-gozumden-naveki-qemzen-revan-eyler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yıxıb bu könlüm evin, eyləyib viran, getmə!Yoxumdu tabü tavan firqətə, cavan, getmə!
Zəmanə saldi əcəb mohnətu məlalə məniZəmanə saldi əcəb mohnətu məlalə məni,O mahrudən iraq verdi qəm zəvalə məni.
QərənfilSəni kimdir sevən bica, qərənfil?Sənə mən aşiqi-şeyda, qərənfil!
OldumƏya Nəvvab, valayi-süxəndan,Yetişdi naməniz dilşad oldum.
Başqa şairlərin şeirləri · Eşq
Derdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.
Qamətin tək boy atıb sərv xuraman olmazQamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
Qürur nəğməsiNə qəm, illər sovuşur,getdikcə artır yaşım.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,