Qamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.

Nə olar türreyi-zülfün kimi bir sünbuli-tər,Nə dodağın kimi bir ləli-Bədəxşan olmaz.

Nə qaşın tək fələk uzrə olu bir tazə hilal,Nə camalın kinıi bir mehri-dirəxşan olmaz.

Nə gözün tək olu bir turki-kəmandari-cəri,Nə müjən tək can alan navəki-peykan olmaz.

Husni-ruxsarına cox kimsənə maildi, vəli,Ey mələkzadə, sənə mən kimi heyran olmaz.

Gər səri-küyinə zahid deməsə xuldi-bərin,İncimə, sevdiyim, onlarda ki iman olmaz.

Nolu göstərsən, əzizim, mənə bir ləhzə üzün,Mehri-rüxsarına bir zərrə ki, nöqsan olmaz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gərci aləmdə nəzakətli gozəl coxdu, Həsən,Leyk bu işvədə, bu qəmzədə canan olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq