Ey gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.

Guya qələm-i qüdrət ilə sanə-i biçun,Bu nəqşi özü eyləyib icad çəkibdir.

Min səy ilə hərgiz bələ təsvir-i dilara,Nə Mani-yi Ərisəngü, nə Bəhzad çəkibdir.

Hər bir vərəqin görcək onun könlüm olur şad,Əzbəs bu gülü ustası çox şad çəkibdir.

Hər divsifət görsə bunu bağrı olar qan,Guya ki, bu təsviri pərizad çəkibdir.

Gördükçə bunu könlüm olur qüssədən azad,Bu nəqşi məğər bir qəd-i şümşad çəkibdir?

Nəqqaşı bunu səy ilə təsvir qılan dəm,Dil mürğünü seyd etməyə səyyad çəkibdir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Tənha nə Həsən dad çəkər çərxin əlindən,Çərxin sitəmindən hamı fəryad çəkibdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar