Qəhrəman ağac
Ağaclar oyanmamış,Əriməmiş dağda qar;Torpağı qızdırmamışNə al günəş, nə bahar,Yol üstündə ən gözəlƏn sevimli bir ağacÇəhrayı çiçəklərdənÖz başına qoydu tac!..
Yoldan ötüb gedənlərBunu görüb şad oldu,Qarlı, çovğunlu günlərKönüllərə yad oldu:Sanki birdən çəkildiQışın ağır yuxusu, –Tutdu bağı-bağçanıÇiçəklərin qoxusu!
Ağac özü də baxdı,Heyran oldu bu hala,Daha da zinət veribHüsnündəki calalaDedi: “Gəlin, insanlar!
Sizinkidir bu çiçək,Sizinkidir başımdaGördüyünüz bu ləçək!Gəlin! Sizə verirəmDövlətimi, varımı,Bu gün çiçəklərimi,Sabah şirin barımı.Gəlin, gəlin! DünyadaHəmişə bahar olsun,Qoy gözəllik, səadətİnsanlara yar olsun!..”Ağac belə söylədi...Birdən əsdi küləklər,Şaxta vurdu ağacı,Soldu o şux çiçəklər.Qış oynatdı son dəfəQılıncını havada,Öldü gözəl o ağacBu dəhşətli davada!..Yox, yox!.. Onu udsa da,Qorxunc ölüm dumanı,Unutmadı insanlarƏsla o qəhrəmanı!..
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-qehreman-agac
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Meşədə böyümüş nəhəng bir ağac,Palıdlar içində yaşadı müdam.
İnsanlar, insanlarVar üçün, dövlət üçün,Ad üçün, şöhrət üçün
1. Dedim şeir yazım onaAnadan olmasının 50 illiyi münasibətilə*Dedim şeir yazım ona...
2. Ölüm haqqında söhbətVəfatı münasibətilə*– Öldürdü lap bu dərd bizi,