Meşədə böyümüş nəhəng bir ağac,Palıdlar içində yaşadı müdam.Bir gün genişliyə duyub ehtiyacDedi: – Qoy məni də görsün hər adam.

Mənim də öz adım, şöhrətim olsun,Kimdir bu meşədə tanıyan məni?Hər eldə, obada söhbətim olsun,Saxlayım kölgəmdə gəlib-gedəni...

Çıxaraq meşədən, bir səhrada təkYaşıl çəmənlikdə o saldı məskən,Gün keçdi... Əsərək güclü bir külək,Ağacı qoparıb atdı kökündən.

Mən isə düşündüm daim təlaşda:Günah küləkdədir, yoxsa ağacda?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar