Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,Zülməti-qəm dönər məhi-tabən gəlir keçər,Fəsli-bahar, vaxti-zimistan gəlir keçər,Həm lalə vü bənövşə vü reyhan gəlir keçər.

Hanı görək bu mə'rəkənin səf-şikənləri,Nə oldu bu gün bu bəzmin o nazik bədənləri,Etdim yəqin ki, xakə dönüb sim-tənləri,Gördüm cahanda ətləs və dibə geyənləri,Tərki-libas olub tən-i-üryan gəlir keçər.

Qalmaz çəməndə bülbül ü gülşəndə lalələr,Saqi əlində saqər-i-zərrin piyalələr,Mütribdə qüvvət, qissə, bülbüldə nalələr,Şəbnəm köçər, gül üzrə qonar yeni xaralar,Fərxəndə qönçə, nəxli-xəraman gəlir keçər.

Bu zal dəhrə uyma ki, ümmül-fəsaddır,Gər söyləsəm həzar ki, bundan ziyaddır,Zibayi-surət idi, vəli bədnəhaddır,Bil bağlama bu dəhrə ki, bi-etimaddır,Gər ömr istərsən həzaran gəlir keçər.

Etdim güzar, gördüm o sədd-i-Sikəndəri,Gətirdim xəyalə quvvəti-bazu-yi-Heydəri,Bir zərb-i-Zülfüqar ilə fəth etdi Xeybəri,Gördük (Zəruri) şah-gəda və qələndəri,Ol Rüstəm ilə Sam-ü-Nəriman gəlir keçər.

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Təbiət və bahar