Könlümü
Şimşək kimi buludları qovaraq,Verdim parlaq çiçəklərə könlümü.Günəş kimi qaranlığı boğaraq,Verdim odlu diləklərə könlümü.
Cavan ömrüm bir mum kimi sönərkən,Yüksəklərdən alçaqlara enərkən,Əməllərim bir səraba dönərkən,Çaxıb verdim şimşəklərə könlümü.
O zaman ki, sahib oldum qanata,Bir quş kimi nəzər saldım həyata,Etdi məni gənclik şövqüm əhata,Verdim sərxoş küləklərə könlümü.
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-konlumu-qosma
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Arif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
BülbülMəftuni-şükufəzar bülbül,Xanəndeyi-xüldzar bülbül,
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?