Keçən günlərimi vərəqləyirkənSevdalı dillərin yadıma düşdü.Xəyalın qarşımda canlandı, birdənGöyərçin əllərin yadıma düşdü.

Deyildir eşq odu məni yandıran.Ruhumun şəhrini işıqlandıran,Pozğun şəfəqləri mənə andıranZiyalı tellərin yadıma düşdü.

O gün də bir gündü, ey üzü dönmüş,Sandım içində bir qaplan döyünmüş.Bir anda köpürmüş, bir anda sönmüşXırçın əməllərin yadıma düşdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri