Sən onun eşqilə, məhəbbətiləVurmadın ömrünü başa, ürəyim.Sevgi hədəfinə nişan alandaDəydimi oxların daşa, ürəyim?!

Sevgi dəryasında ruhum bir ada,Fırtınam ziyada, dalğam ziyada,O ellər gözəli düşəndə yada,Az qalır xəyalım şaşa, ürəyim!

Sən canı canandan ayrı tutmadın,Odur ki, vəfasız deyildir adın.O səni unutdu, sən unutmadın,Yaşa, məhəbbətim, yaşa, ürəyim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq