Gecənin dodaqları gülümsəyirdi,Masabəyi sevinclə: – Için! – deyirdi. –– İçin, bu altun şərab torpağımızda,Şirin zəhmətimizlə, can bağımızdaBəslənən tənəklərin şirəsidir ki,Hətta bir az köhnədir, deyil bu ilki…Üzlərdən ruzgar kimi keçdi fərəhlər,Gecə gün bulağından doldu qədəhlər.Dostlar içib gözləri süzülü qaldı;Tuş meydən dodaqları büzülü qaldı.Bu insanlar kimdilər? Sizin tanışlar!Sizin kimi dünyada çağıldamışlar.Canlarından fışqıran hər yeni zəhmətArtırmış bir qüvvətin üstünə qüvvət!Bu gecə bu səbəbdən ləzzət alırlar,Boş vaxtı kefləndirib yola salırlar.Çalan kim, oxuyan kim, qarışmış ara,Qonaqlar bir ağızla söz vermiş tara.Tar da sarı simində nəysə deyirdi…Gecənin dodaqları gülümsəyirdi.Bu gün təzə bir gülün açdığı gündür,Dünyadan yalnızlığın qaçdığı gündür.Dost evində çəkilmiş yeni nəfəslər,Əks etmiş divarlara işıqlı səslər.Başlamış bu ocaqda yeni sevişmə,Açılmışdır həyatda bir yeni çeşmə.Ana tutmuş körpəni öz qucağında,Sanki bir gül açılmış cahan bağındaO çocuq bu köküsdə bir bəşərmidir?Yoxsa su üzərində neylüfərmidir?Əbədidir cahanda deyə izləri,"Atanın da qürurla gülür gözləri".– Doldurun qədəhləri! – kimsə başladı,Danışanlar susdular, tar yavaşladı.– Ana! Ana!.. Əbədiyyət çeşməsi.Nə acıdır yaman günə düşməsi!Ana olmaq şərəflərin şərəfi.Bu sinəsi inci dolu sədəfiUzun zaman ayaqlara saldılar,Göyərçini ilan kimi çaldılar.Gözəl ana, sənin büllur canında,Şəfəqlərə ilham verən qanındaNəğməmizin ilk büsatı quruldu,Göz yaşımız ürəyində duruldu.Ana, sənə rəvamıdır alçalış?Qoynun beşik, yumşaq sinən nazbalış.Aman, sən də ləkələnmə, gözəl qız!Qaranlıqda kölgələnmə, gözəl qız!Cilvələnmə xırsızların içində.Ala gözlü ulduzların içindəAydan aydın, sudan duru gecələr,Xoş o qıza sevdasını hecələr.Ürəyində çiçəklənən muradı,Dodağında təbiətin ilk dadı,İlk gülüşü qəlbimizi yandırar,"Söz içində sözü yara qandırar".Gözəl qadın, çiçəklənməz ruhumuz,Xəyalımız, düşüncəmiz, duyğumuz,Bulud kimi könlümüzdən keçməsən,Sən həyatın dodağında nəğməsən,Sənin ana baxışında qüvvət var,Məhəbbət var, səadət var, ləzzət var.Əzəl səni quzu kimi izləyir,Əbəd durub yollarını gözləyir.Gəl bərabər fərəhlənib uçalım,Sonsuzluğun qapısını açalım!Sağlıq bitdi, yerindən məclis oynadı,Üzlərdə cilvələndi bir hiss, oynadı.Hamı: – Yaşasın, – dedi, ana gözəllər,Ömrümüzün çayında sona gözəllər! –Tar səsləndi, kaman da ona qoşuldu,Hər könül fərəhindən uçan quş oldu.– Qaldırın qədəhləri! – Gülüş, qəhqəhə…Dostlarımız vurdular qədəh qədəhə.Dostlar içib gözləri süzülü qaldı,Turş meydən dodaqları büzülü qaldı.Yenə tar, bir nəfər də yenə deyirdi.Gecənin dodaqları gülümsəyirdi…Gözəllik yuvasında gözlər quş kimi,İpək qanadlarilə uçurmuş kimi…– Dostlar! – deyə bir qadın ayağa qalxdı,Mehriban gözlərilə məclisə baxdı.Bir az əndamı oldu titrəyən kimi,Hissinin sularında bir yelkən kimiAğ sinəsi qabardı, sözə başladı.Danışanlar susdular, tar yavaşladı– Sevincdən bu saat qəlbim atlanır,Gözümdə göy uçur, yer qanadlanır.Hər yerdə, hər zaman istəyirəm mənTutsun gözəlliyin eşq ətəyindən!Bu yolda şənlənib ucalsın ellik,Kimi sevda olsun, kimi gözəllik.Vay ona: ruhunun tükənməz yası,Tutmaz ürəyində eşqin mayası,Boş həvəs uğrunda canından keçər,Əzab laşəsinin yanından keçər,Quzğun tək üstünə gülərək qonar.Bir kaman sızıldar, bir könül yanar!Vay o gözəllərə, açmaz gül kimi!Vay o mərdlərə ki, bir bülbül kimiBir bağda gözünün yaşını tökməz,Səadət gülünün ətrini çəkməz!Bizə gəl-gəl deyir işıqlı günlər.Oyunlar, nəğmələr, toylar, düyünlər.Bizə gəl-gəl deyir günəşlər, aylar,Yerlər, göylər, sular bizi haraylar.Bizə gəl-gəl deyir qüvvət, məharət,Əmək, mübarizə, həyat, cəsarət.Bizi haraylayır altun şəfəqlər,Ömür kitabında yeni vərəqlər.Bizi haraylayır, şanlar, şərəflər,Gələcək günlərin ruhu xələflər.Ər odur, bu günü görür yarındanMusqulu torpağın damarlarındanDaha möhkəm olur, daha sərt olur.Boş keçən bir günü ona dərd olur.Ər odur, ürəyi duru çeşmədən,Ellər gözəli də xofə düşmədənİçər çiçək kimi onun suyundan,Dünyada ləzzətli nə var ki, bundan?!Qopdu alqış, gurultu: – Yaşasın ərlər!Biri gülərək dedi: – Indi içərlər!Yaşasın sağlam ata, qüvvətli bağban!Yaşasın dünyadakı solmaz gülüstan!Qədəhlər cingildədi, tar dilə gəldi;Səsində el qüvvəti, yar dilə gəldi:"Qapıdan huru gəlir,Gözümün nuru gəlir,Bu arxı kim arıdıbSu belə duru gəlir?"Bülbül uçdu qəfəsdən,Gül açıldı həvəsdən,Gözüm gözəldən doymaz,Qulağım incə səsdən.– Yaşasın bülbülün, gülün masalı!Hər kəsin üzünə gülsün iqbalı!Dolansın fələyin asudə çarxı,Yaşasın ellərin işıqlı arxı! –Deyərək, bir nəfər yenə söz aldı.Bu məclisin halı başqa bir haldı!..– Çocuq… bu qönçənin qoxusu başqa;Alqış bu qönçəni bəsləyən aşqa!Nələr gözləməyir gələcək ondan?Çocuqsuz ev nədir, bir qara zindan!Çocuq insanlığın əbədiyyəti,Şərəfli torpağa şərəf qüvvəti!Çocuq açılmamış bir dəfinədir,İnsan dövlət üçün bir xəzinədir.Bizə gizli qalan gözəllikləriOnun zəhmətləri, saf ilikləriYarın kəşf edəcək, cahan böyükdür.Bu insan oğlu da ondan böyükdür!Vay ona, dünyadan sovunsuz gedər,Nəğməsiz, nəşəsiz, oyunsuz gedər!Gedərkən çevrilib ardınca baxmaz,Hətta karvan kimi bir toz buraxmaz.Keçər bu dünyadan quru səs kimi,Bir ruzgar, bir xəyal, bir nəfəs kimi.Biz ayız, günəşiz, ulduzlar çocuq.Yaşa bu dünyada bəxtiyar, çocuq!Döyün, ey qüvvətin nəşəli qəlbi,Yaşa günəş kibi, kainat kibi,Bizdən də asudə, bizdən də parlaq,Bizdən də möhtəşəm, bizdən də qıvraq!Yaz kimi qoynunu açsın gələcək,Yollara gül-çiçək saçsın gələcək!Ona qonaq gəlir yeni nəsillər,Açsın saxlancını şanlı fəsillər,Bilsinlər cahana nə canlar gəlir,Dirilik yolçusu insanlar gəlir!– Sağ ol! Sağ ol! – səsləri məclisi sardı.Gurultunu bir könül nəğməsi yardı:Bağçada güllər,Sarı bülbüllər,Bu balama qurban!Duyğusuz ellər.İlk məhəbbətim,Qəlbim, qüvvətim,Eyşim, işrətimBu balama qurban!Əlvan çiçəklər,Zər kəpənəklər,Kinli ürəklərBu balama qurban!Göydə ulduzlar,Yerdə yarpızlar,Avara qızlarBu balama qurban!Dünyanın malı,Cahı-cəlalı,Şövqü, vüsalıBu balama qurban!Onlar oxudu, çaldı, oynadı, çaldı,Bu hal dilə gəlməyən başqa bir haldı.Onlar həyat eşqinə, dünya eşqinə,Zəhmətə rövnəq verən sevda eşqinəİçdilər, dəm vurdular saysız xəyaldan,Həyatın cövhərindən, büllur zülaldan,Keçmişdən, gələcəkdən, şanlı bu gündən,Səadətdən, əməkdən, toydan, düyündən.Onlar şərab içdilər şərab eşqinə,Şeir, nəğmə, gözəllik, rübab eşqinə.Təbəssüm dünyamıza bəzəkdir deyə,Gülümsəyib vurdular badə badəyə.Onlar şərab içdilər, səfa sürdülər,Açıq pəncərələrdən baxıb gördülər:Ruhumuzdan tökülən nəğmələr kimi,Dəyərli, dadlı-duzlu kəlmələr kimiUlduzların əriyib üzüldüyünü,Göylərin süzgəcindən süzüldüyünü.Gördülər dan yerinin söküldüyünü.Qaranlığın əriyib töküldüyünü,Artıq hamı: – Gedəlim, yetər! – deyirdi,Günəşin dodaqları gülümsəyirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar