Ağ dənizdə fırtına
Ağ dənizdə fırtına var, fırtına!Ağ dənizi bir tufanlı böhran almış sırtına.Coş dəniz, coşqun dəniz!Daş dəniz, daşqın dəniz!Aşqın dəniz!Şaşqın dəniz!
İki cəbhəyə ayrılmış dalğaları dənizin,Sürünməkdə dizin-dizinBurjuazi –
bu cəbhənin birisi…Digər cəbhə bizim cəbhə –
mavi kömləklilərin.Bu cəbhə sonsuz, dərinBir qüvvətə sarılmış.Dağları dənizin iki qola ayrılmış.Dəniz əlanSinif duyğusilə çarpınanBir kommunist qəlbi –kibi...
Dəniz sudan qamçılarlaGöstərib hünərini –Döyəcləyir qıvrıla-qıvrılaİtalyanın faşist sahillərini.Dənizdə həyəcan var,Xələcan var,xələcan...Hər fırtına mavi kömləkli bir can…Səndən dərindir bu fırtınanın mənası,Ey Eyvazovskinin "Dənizdə fırtına"sı.
Bu fırtına hələlik çalxanmayan FransanınSallanır ətəklərindən.Bu fırtına coşunca öylə sanınKi, doğacaq qasırğa Rur küləklərindən.Almaniya,Tarix bir pula dəyərmi ya,Sinif duyğusilə qəlblər vurmasa,Fırtına durarmı, külək durmasa?!
Deyil bir Ağ dənizdə,Bilirsiniz bunu siz də,Atlas dənizində, Baltik dənizində,Bu dənizlərin ən qaranlıq dəhlizindəFırtınalar vermiş baş-başa.Ey PolşaYarın hərb olsa əgər
Fırtınamız coşacaq.Olacaq hər dalğası bir xəncər –
bir bıçaq!Ağ dənizdə fırtına var, fırtına!Ağ dənizi bir tufanlı böhran almış sırtına.Coş dəniz, coşqun dəniz!Daş dəniz, daşqın dəniz!Aşqın dəniz!Şaşqın dəniz!..
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-ag-denizde-firtina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O gündən bəridir dəyişmiş rəngin,Dəyişmiş büsbütün rəngin, ahəngin.
Mənim eşqimNə ağırdır mənim eşqim, nə ağır,Bu ağır siqləti çəkməz divlər.
Mənim dostumZuvanddan gəldiyi bir ay olardı...(Onun bir dumanlı keçmişi vardı).
Mənim beşilliyimHər kəs öz işini sona yetirdi,Kimsə bu dünyada arzu qoymadı.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Eylədi yar dil ü dinimi viran axır,Qoymadı məndə o tərsa qızı iman axır,
Sən mənim, mən sənin!Qara gözün aldı canım,Aldı canım,
Uşaqları məktəbə şövqləndirməkUşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
Əladır üzün tər-təzəcə güllərdənXəttin, qırışın Xəllüx ilə Bərbərdən.