Eylədi yar dil ü dinimi viran axır,Qoymadı məndə o tərsa qızı iman axır,Yoxmudur şəhrdə bir mərdi-müsəlman axır,Ki edə dərdimə bir vəz'ilə dərman axır,Nə deyim, eyləsin Allah özü divan axır

Mənə derlər ki unut yarı, unutmaqmı olur,Yüz əgər kafir ola, tərkini etməkmi olur,Hərzə sözdür bu sözü, vay, eşitməkmi olur,Mən nə fikr eylərəm, el ağzını tutmaqmı olur,Deyilər aşiq üçün yüz belə həzəyan axır

Nərgis açıldı, bahar oldu, yüzüm gülmədi heç,Girmədi eynimə, sandım ki bahar olmadı heç,Hali-aşüftəmi ol qönçədəhən bilmədi heç,Onsuz əlqissə könül qönçəsi açılmadı heç,Keçdi əyyami-bahar, oldu gülüstan axır

Nola kafir qızı bir sahibi-iman olasan,Bircə saət mənə sən bir gecə mehman olasan,Bu yaman gündə mənim dərdimə dərman olasan,Fayda verməz əgər sonra peşiman olasan,Cəhd qıl, olmayasan sonra peşiman axır

Ey gül, incitmə Nişatı bu qədər eylə həzər,Həm sənin daxi bu vəchilə günün qarə keçər,Belədir hər kişi öz əkdüyin əlbəttə biçər,Qeyrinə badə verən saqi özü daxi içər,Bir xəyal eylə ki qalmaz belə dövran axır

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar