Sənin fərşin ki, zahid, buriyadır,Həqiqət mənzilində bu riyadır

Riyadır zahidin gərçi namazı,Vəlakin xalq içində xoş ədadır

Nigahından o ahu-çeşmin, ey dil,Özün saxla ki ol eyni-xətadır

Əcəb yox, kakilindən olmasam şad,Mənim bəxtim ki var başdan qaradır

Düşər göz kuyə daim əksi-canan,Könül saf olsa hər mətləb rəvadır

Sınıq ney tək havadan düşdü könlüm,Qalıb qəm guşəsində binəvadır

Nişatın qəlbini incitmə, ey şux,Sənə nifrin edər əhli-duadır

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri