Təzədən düşdü yenə başıma sevda-sevda,Eşq odu qıldı məni aləmə rüsva-rüsva

Görüm, ey şux, səni dərdi-bəla çəkməyəsən,Saxlasın cümlə bəladan səni mövla-mövla

Yarəb, ol günlər olurmu yari-məstanə görüm,Ələ dutmuş qədəh ü sağəri-mina-mina

Gəh bir Leyli məni eylədi Məcnun-Məcnun,Mənzilim oldu gəh damani-səhra-səhra

Düşübən eşq odına, sən də mənim tək yanasan,Görəsən kim nə çəkir aşiqi-şeyda-şeyda

Ey Nişat, eylə müdara sitəmi-yar ilə kim,Eşq əhlində gərək hövsələ dərya-dərya

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq