Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!
Bu gülşən içrə, gülüm novşüküftə bir gülsən,Sənə hənuz deyil mövsimi-xəzan, getmə!
Məni - fələkzadəyə rəhm qıl, səni tari,Qaşın kimi qəddimi eyləyib kaman, getmə!
Sənin bu gözlərinə gözlərim ola qurban,Bir-iki dəm mənə ol bari həmzəban, getmə.
Yeni nümüvv eləyən, sərvvəş, dayan bari,Sirişkimi qoy edim payinə rəvan, getmə!
Mənə ki, guşeyi-cəşm ilə bir nəhan baxdın,Tez öldürər məni bu möhnəti-nəhan, getmə!
Düşə əyaqdən ol sərvi-qamətin, billah,Qiyaməti gətirər başimə əyan, getmə!
Bu cismi-zarım üçün məhz ruhsən, axır,Tutar qərar məgər, ruhsuz rəvan, getmə!
Məqtə — şairin təxəllüsü olan son beyt. İki gözüm işığı, şahzadə simbərim,Məni də yoldaş apar, qoyma Natəvan getmə!
Kitabxana.az · https://kitabxana.az/works/natavan-xoceste-bulbuli-xosnitq-xoszeban-getme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!
Şuri-eşqin başıma axırı sövda gətirirŞuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəmVarımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.
Yanar canım, oğul, daim sənin nari-fəraqındaYanar canım, oğul, daim sənin nari-fəraqında,Necə pərvanələr hər dəm yanar şemin ayağında.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Görə bilməm arizini,Tutubdur sər-basər zülfün,
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,