Hicran ilə kim, daməni-qəm dəstrəsimdir,Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.

Gül ayrısı bir bülbuli-bimarü qəminəm,Əfğan ilə bu guşeyi-mehnət qəfəsimdir.

Cismimdəki biman könül haləsi, guya,Bir qəmzədə məhmildən asılmış cərəsimdir.

Görmək üzünü qayəti-hər fikrü xəyalım,Öpmək ayağın maeyi-şövqü həvəsimdir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Xurşidə yetər başım əgər, çakərin olsam,Bu rütbə ilə aləm əra fəxr bəsimdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri