Olmuşam dəhri-bəla içrə bu gün divanə mən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Olmuşam dəhri-bəla içrə bu gün divanə mən,Varmadım meyxanəyə, sındırmadım peymanə mən.
Əhdlərdən keçmədim, peymanlər sındırmadım,Lacərəm bimehrlə tək, olmuşam əfsanə mən.
Tərki-gülzar etmişəm, bülbül kimi mən, ey rəqib,Aqibət bir guşə içrə gəlmişəm əfqanə mən.
Eşq rüxsarında bir dəm vəslilə şad olmadım,Hər tərəf seyr eylədim, düşdüm əcəb hicranə mən.
Qəm yükün çəkməkdən, ey dil, bir dəm azad olmadım,Hərçi cəhd etdim, nə hasil, yetmədim cananə mən.
Duş gördüm kim, gəlibsən gülbeyi-ehzanıma,Ol zaman nəzr eylədim canü dilim qurbanə mən.
Görməyim düşvardır, vallah, səni, bil, ey rəqib,Zülfə bağlı qoy gedim, axır düşüm zindanə mən.
Dövrü dönmüş dövr dövran etmədi kamımca ah!Düşmənimdir, bilməzəm kim netmişəm dövranə mən.
Məqtə — şairin təxəllüsü olan son beyt. Varü yoxumdan qalan ancaq mənim bir can idi,Natəvan, daxi dedim: sərf eyləyim mehmanə mən.
Kitabxana.az · https://kitabxana.az/works/natavan-olmusam-dehri-bela-icre-bu-gun-divane-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yanar canım, oğul, daim sənin nari-fəraqında,Necə pərvanələr hər dəm yanar şemin ayağında.
Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlümYenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.
Yıxıb bu könlüm evin, eyləyib viran, getməYıxıb bu könlüm evin, eyləyib viran, getmə!Yoxumdu tabü tavan firqətə, cavan, getmə!
Zəmanə saldi əcəb mohnətu məlalə məniZəmanə saldi əcəb mohnətu məlalə məni,O mahrudən iraq verdi qəm zəvalə məni.