Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.
Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə,Edibdir sinəsin parə, mənim abad olan könlüm.
Niyə peymanədən kecdin, niyə zəncirdən qacdın?Nədəndir collərə duşdun, mənim bərbad olan könlüm?
Fəraqin ruzi-məhşərdir, sərasər möhnətü-qəmdir.O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Baxın bu Natəvan zarə, gunu bəxtim kimi qarə,Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm.
Kitabxana.az · https://kitabxana.az/works/natavan-yene-ya-reb-ne-qemgindir-menim-bu-sad-olan-konlum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!
Şuri-eşqin başıma axırı sövda gətirirŞuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəmVarımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.
Yanar canım, oğul, daim sənin nari-fəraqındaYanar canım, oğul, daim sənin nari-fəraqında,Necə pərvanələr hər dəm yanar şemin ayağında.
Başqa şairlərin şeirləri · Eşq
Xalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.
BayatılarBağça barın arzular,Aşiq yarın arzular,
Ey bivəfa, qoyubsan əcəb qalə tək məniEy bivəfa, qoyubsan əcəb qalə tək məni,Hicran odun əhatə edib halətək məni.
Gülşəni-raz, fəsil 52حدیث زلف جانان بس دراز استچه میپرسی از او کان جای راز است