Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.
Fəraqdan gecələr yatmaram səbahə kimi,Xəyali-zulfunə bağlı gedibdir can, ölürəm.
Bahari-husnun əra gör necə xəzanəm mən,Bahar laləsi tək bağrım oldu qan, ölürəm.
Vərəq-vərəq dilu can hicrin icrə odlaşdı,Misali-kəncəfə sədparə oldu can, ölürəm.
O xaki-payini mən aşiyanə etmiş idim,Vətəndən ayrı düşüb indi laməkan, ölürəm.
Dedin ki, cək əlini damənimdən, əl cəkdim,Tərəhhum eyləmədin axır, ey cavan, ölürəm.
Cəkirdim həsrətini, görmədim, xudahafiz!Olubdur indi işim naləvu fəğan, ölürəm.
Fəda o qamətinə kim, qəza nə xoş cəkmiş,Qədər bukub belimi, eyləyib kəman, ölürəm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Fəraqdan tukənib tabu taqətim, billah,Vüsalə yetməz əlim, zaru Natəvan ölürəm.
Kitabxana.az · https://kitabxana.az/works/natavan-varimdi-sinede-derdu-qemi-nehan-olurem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!
Nə yaxşı munis idi, heyf, nagəhan getdiNə yaxşı munis idi, heyf, nagəhan getdi,Məni bu möhnət əta qoydu firavan getdi
O müjgani-siyəh-novkin xədəiki-yarə bənzətdimO mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.
Olmuşam dəhri-bəla içrə bu gün divanə mənOlmuşam dəhri-bəla içrə bu gün divanə mən,Varmadım meyxanəyə, sındırmadım peymanə mən.
Başqa şairlərin şeirləri · Hicran
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
DönərVətən deyib ağlayanın,Göz yaşları selə dönər.
Mürəbbe: Gedərdi sinəmdən bu dağ həsrətGedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,
Dərd ayağındanBaşına döndüyüm, ay Gülgəz Pəri,Çəkərəm hicranı dərd ayağından.