Şuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.

Tari-zülfündü məni böylə giriftar eləyib,Nə gələ başıma, ol zülfi-mütərra gətirir.

Gül üzün görmək əgər mümkün olaydı bir dəm,Hər zaman görmək onu nuri-mücəlla gətirir.

Qaşü göz, novki-mücə fitnə üçün cəm olmuş,Ox atıb, tiğ cəkib, hər biri dəva gətirir.

Könlümü qarət edir eylə ki, tari-zülfün,Rumə, sanki həbəşi ləşgəri-yəğma gətirir.

Naqənin varmı şüuru bula aşıq guyin,Onu Məcnunə tərəf cəzbeyi-Leyla gətirir.

Yusifin sanma, dübarə görə Yəqub üzün,Mehr bazarına gör getsə, Züleyxa gətirir.

Yusifi Misrdə gər aldı Züleyxa nəqdə,Nəqdi-can, aşiq olan, əldə mühəyya gətirir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,Natəvan, mücdə bu gün qətlinə fərman gətirir

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq