Yanar canım, oğul, daim sənin nari-fəraqında
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yanar canım, oğul, daim sənin nari-fəraqında,Necə pərvanələr hər dəm yanar şemin ayağında.
Güli-ruyün hevasilə çxxar efiakə əfğanxm,Olur bülbül nəvasx gül fəraqü iştiyaqında.
Sənin vəslin xəyaliyle gözü könlüm gezər daimKi, çün Mecnuni-sərgəştə, gezer Leyla sorağında.
Nəhali-qametin zikri mənim virdi-zebanımdır,Demadem naleyi-qumri olur sərvin budağında.
O şirin ləblərin şövqü günü gündən olur əfzun,Əgər Fərhad tək yüz il dolansam hicr dağında.
Hərisəm bəs ki,oI şirinzebanın zikrinə hərdem,Olur xoş nitqli tuti, şəkər olsa dəmağında.
Sənin hicrin odu, Abbas, dəxi, çıxmazki canımdan,Seməndər tək yanar daim anan nari-feraqında.
Uçub şəhbaz tək könlüm, gəzerdi vəsl bağında,Pərü balını sındırdı fələk, bu pir çağında.
Gözümdə tardır dövran, məhü xurşidi-nurefşan,Məhaq içrə olub pünhan, sanasan çərx tağında.
Sirişkim birlə kim, xali deyildir qametin gözdən,Nə tez düşdü təravətdən o sərvin su qırağmda.
Nolaydı kur olaydım, görməyəydim gül kimi cismin,Qalıbdır tirə xak içrə, məzann gün qabağında.
Könüldə həsrətim qaidı, məzann heyf kim, bir dəmSəni ta görmədim xürrəm, oğul, damad otağmda.
Nədəndir intizar ilə, o şəhla göz baxar heyran,Gözüm ol gözlərə qurban, baxar ahu sayağında.
Həmişə zarii dilməhzun, tökər gözdən sirişki-xun,Perişan hal ilə daim, qəmü mehnət bucağında.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qəmi-hicran edib tüğyan, qalıbdır Natəvan suzan,Rəvan eşki-besər her yan olan gözlər bulağında.
Kitabxana.az · https://kitabxana.az/works/natavan-yanar-canim-ogul-daim-senin-nari-feraqinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əgerçi xoşdu məne etri, hem səfası gülün,Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.
Dilbəra, dərdi-dilimdən belə ünvan etdimDilbəra, dərdi-dilimdən belə ünvan etdimKi, qəmi-hicrdə dil mülkünü viran etdim.
Hicran ilə kim, daməni-qəm dəstrəsimdirHicran ilə kim, daməni-qəm dəstrəsimdir,Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.
Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getməXöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!
Başqa şairlərin şeirləri · Hicran
Seyri-gülüstanda, Kür kənarında,Bu gün bir həsrətkeş qalıb ağlaram.
Məndən, səba, de ol gülə: qurbanınam, seninMəndən, səba, de ol gülə: qurbanınam. senin,Rəhm etgilen bu bülbüle, quıbanınam sənin,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Gözə ol şəh yolidin özgə gubari bolmasunGözə ol şəh yolidin özgə gubari bolmasun,Məndin özgə kimsəgə andin güzari bolmasun.