Dərd ayağından
Başına döndüyüm, ay Gülgəz Pəri,Çəkərəm hicranı dərd ayağından.Elin töhmətindən, fələk cəbrindən,Düşmüşəm çöllərə dərd ayağından.
Pərim, sənin üzün görən tər salar,Öldürsələr meyli dönməz tərsalar,Hicrandan məşq alar, qəmdən dərs alar,Sən mənə dərs verdin dərd ayağından.
Qabaq Aydır, zülf buluddur, üz gündür,Sənsiz mənim bir saatım yüz gündür,Heç demirsən, qul Abbasım üzgündür,Qəm başından tutar, dərd ayağından.
Kitabxana.az · https://kitabxana.az/works/tufarqanli-derd-ayagindan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Əla, ey həmdəmi-kəmlütfü kəmülfət, xudahafiz,Ğəmin həmrahi-candır, canə yüz minnət, xudahafiz.
دمید صبح سعادت،که یار باز آمدهزار شکر که آن غمگسار باز آمد
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlilRəhrövi-irfanə bəsdir sağərü saqi dəlilKim, məhü xürşiddən bulmuş təmənnasın Xəlil.