Pərim, sənin məmələrin,Mən bilmirəm nəyə bənzər?!Biri yasin surasına,Biri əlif-beyə bənzər.

Biri mimdi, biri cimdi,Bunnarı xəlq edən kimdi?Biri səhər doğan gündü,Biri axşam aya bənzər.

Biri Bağdadın xurmasıBiri Alxatın alması,Biri şəkərin xırdası,Biri şamamaya bənzər.

Abbas deyər ağlım çaşır,Qolların boynum danaşır.Duruf taxt üstə boylaşır,Bir cüt şahzadəyə bənzər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri