Müşərrəfəm, dilbər, sənin yolunda,Dünya şövkətinnən xalı san barı.Uğradıbsan məni Əyyub dərdinə,Dərmanım səndədir, halısan barı?

Sallana-sallana oda gedərsən,Yandırıb cismimi oda gedərsən,Nahaq dilbər, sən da oda gedərsən,Od budu — sinəmdə xalis anbarı.

Xalı yıxşırılır var ayağına,Yoxsul üzün sürtür var ayağına.Abbas, əlin yetsə yar ayağına,Döşən payandaz, ol xalı, sən barı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq