Ay ağalar, gedənə bax, gedənə,Məni gözü yaşlı qoyub, yar gedər,Yüklənibdi qəflə-qatır, barxana,Sanasan ki, külli-aləm var gedər.

Bizim yerin bənövşəsi bitibdi,Heyf, cavan ömrüm başa yetibdi,Kəcavəsi gedib gözdən itibdi,Dəvə bozlar, sarvan ağlar, nər gedər.

Gəzdim alçaqları, gəzdim ucanı,Görüm yolda qalsın dəli Becanı,Yar yolunda qoyum bu şirin canı,Abbas ağlar, Pəri kimi yar gedər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri