Qasid gəldi yardan xəbər gətirdi,Necə çəkim ol fərağı, getdilər.Aşiq məşuqini qəhrə yetirdi,Çəkdilər sinəmə dağı, getdilər.

Malü-mülkü verib axça aldılar,İlqarı verdilər, buxça aldılar,Barı tərk etdilər, bağça aldılar,Pərişan qoydular bağı, getdilər.

Abbas, cavan ömrün sən verdin bada,Günü-gündən dərdin oldu ziyada,Yedilər, içdilər fani dünyada,Aldılar beş arşın ağı, getdilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq