Ağalar ağası, ağalar xası,Ana, Mövlam mənə buta veribdi.Düldülün sahibi, Qənbər ağası,Ana, Mövlam mənə buta veribdi.

Haca gedər hacıların hacısı,Bilən olmaz şirin ağzın acısı,Mənim yarım Məmməd bəyin bacısı,Ana, Mövlam mənə buta veribdi.

Mənim ağam Şahi-Mərdan Əlidi,Hökm eyləsə düşmən bağrın əridi,Abbas deyər, yarım adı Pəridi,Ana, Mövlam mənə buta veribdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri