Məgər badi-səba zülfin ucundan key pərişandır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Məgər badi-səba zülfin ucundan key pərişandırKi, başü canü dil hər dəm ayaq altında rizandır.
Müfərrih ləlü yaqutun xəyali-fikrin edəldən,Bu cani-şirin, ey dilbər, əcəb diltəngü heyrandır.
Gözünlə zülfi-şəbrəngin görəldən canü dil hər dəm,Pərişanhalü aşiftə, nizarü zarü giryandır.
Qaşınla kirpigü zülfün, xəti-xalinlə həm ləlin,Oxuyan müshəfi-candan der ol ayati-Qurandır.
Məni rüsvayi-xəlq etsə əcəbmidir qəmi-eşqinKi, hər dəm navəki-qəmzən dilü can içrə pünhandır.
Qiyamət qamətin eynim görəldəndir rəvan, ey dust,Bəlayi-nagəhandır bu, kim ol aşubi-dövrandır.
Məqtə — şairin təxəllüsü olan son beyt. Həbibi dərvişin şövqin görəldən, ey pəri peykər,Rəvan axıtdığı gözdən əqiqü ləlü mərcandır.
Kitabxana.az · https://kitabxana.az/works/habibi-meger-badi-seba-zulfin-ucundan-key-perisandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Türreyi-tərrarını sən edəlidən piçü tab,Canü dildən səbrü aram getdi, gəlməz gözə xab.
Şu kafər çeşmi gördüm İstefadəŞu kafər çeşmi gördüm İstefadə,Ülumi andan etdim istifadə.
Erdi qulağıma səhər çün hayü huyi-meykədəErdi qulağıma səhər çün hayü huyi-meykədə,Dər xastəm, kərdəm səfər ma niz suye meykədə.
Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndəBir dəm salınsa çün ol sərvi-rəvan çəməndə,Gözüm edər həzaran abi-rəvan çəməndə.