Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yatur,Cümlə sərkəş dillər ana bağlu xoş-naxoş yatur.

Hərki hüsnin Kəbəsində görsə fəttan eynünü,Der rəvan mehrab içində bir-iki sərxoş yatur.

Çüstü çapuq bir əcəb oğrudur ol hindu sənün,Baği-cihandan1 sibü gül-şəftalü verüb xoş yatur.

Qabi-qövseynünlə qəmzən oxuna canü diliSinəmiz içində həm qurbanü, həm tirkəş yatur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gözümün yaşilə ahim atəşindən yerü gögXüşkü tər olmuş, Həbibi, həm quru, həm yaş yatur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar