Bilmədin
Bağçamıza gəldi bahar,Yaşıl xalı sərdi bahar,Gəl dedim, gəlmədin, yar,Gəlmədin, yar.
NəqarətMəni yada salsan, a yar,Ürəyimi alsan, a yar,A ceyran sevgilim,Mehriban sevgilim,Sirrimi bilmədin,Bilmədin yar...
Nəğmə deyib, güldükcə mən,Güldü çiçək, güldü çəmən,Gül dedim, gülmədin, yar,Gülmədin, yar.
Dindir şirin sözlə məni,Özün dedin gözlə məni.Gözlədim, gəlmədin, yar,Gəlmədin, yar.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-bilmedin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,
RübailərSənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
Azərin duasıHəsrət qalıb doğma yurdun nazlı müşfiq qucağına,Gözlər yaşlı, boyun bükük, vətənsizmi öləcəyəm?
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın