Olacaqsan
Mən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,Mən eylə xeyal etmiş idim, ah, bəradər!İranda ölän qəmlətə qəmxar olacaqsan.Dərdi-dilimi annämayıb zərrəcə, axırMəndən, nə bilim ki, belə bizar olacaqsan.Biçaıə vətən tarü qaranlıqda qalanda,Əğyäfä gedib şəmi-şəbi tar olacaqsan.Soz verməz idim mən sənə, ey dusti-dilazar,Bilsəydim əger böyle dilazar olacaqsan.Sərməsti-meyü mütribü tiryakisan indi,Bir vaxt ayılıb axın huşyar olacaqsanMeğrurisən indi, xəbərin yoxdur özündən,Əlden vetənin getsə, xəbərdar olacaqsan.Xar eylədi qəflet səni əğyar yanında,Yatdıqca bu qəfletdə yenə xar olacaqsan.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-olacaqsan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yevlaxdan vurduğun teleqramı sən gedən günün ertəsi saat 6-da alıb xatircəm oldum. Bilmirəm yolun qalan hissəsini necə getdiniz və indi kefiniz necədir?Bu gün, cümə axşamı Yusifxanla qəbiristanlığa gedib qəbir üstə gül apardıq. Yusifxan kimi məni də qəm-qüssə götürüb, amma onu yalqız qoymuram. Bu saat o bizdə oturub. Səndən xahiş eləyirəm, sənə yalvarıram ki, necə olur-olsun, başını bir işə qat, özünü ələ alıb səbr elə. Belə eləsən, mən səni daha artıq istəyəcəyəm. Kiçicik bir fürsət olan kimi gələcəyəm. Kəhrizlidə çox qalma və dağlıq yerlərdən birinə get. Özünü heç bir təsərrüfat qayğısı ilə əziyyətə salma, cürbəcür rüşvətxorların törətdikləri murdar işlərin fikrini çəkmə və Blaqovidovanın nağıl etdiklərini xatırla. Fikirləş ki, sovet hökumətindən gizlənən rüşvətxorların işinə qarışmaq nə qədər çətin məsələdir.
Əzizim Həmidə! (26 iyun 1923)Səndən 10 iyun tarixli bircə məktub və adamların həbs edilmələri və at barəsində teleqram almışam.Mən hələ Bakıda sənə məsləhət görmürdüm ki, Qarabağa gedəsən. Bilirdim ki, oradakı cürbəcür xoşagəlməz əhvalatlar səni əsəbiləşdirəcək. Sən gedəndən sonra burada – Mərkəzi Komitədə keçmiş mülkədarların torpaqlarını əllərindən almaq barədə qərar çıxarılmışdır. Hərçənd mən bilmirəm hansı torpaqlardan söhbət gedir, çünki axı, heç kəsdə torpaq-zad yoxdur. Bununla səni xəbərdar etmək istəyirəm ki, dedi-qoduya yol verməməkdən ötrü torpaq şöbəsindən qətiyyən torpaq icarəyə götürməyəsən. Çünki sənin niyyətin nə qədər xeyirxah niyyət olsa da, axırda pis qələmə veriləcəkdir. Ümumiyyətlə, səndən çox-çox təvəqqe edirəm ki, birdəfəlik Bakıya köçüb gəlməyi qət eləyəsən. Burada nəinki yalnız uşaqların tərbiyəsi üçün sənin öhdənə çoxlu təklif düşür, həmçinin, istəsən mənim işlərimə də kömək edərsən. Əgər işləmək istəsən, bir neçə gün bundan qabaq Ağamalıoğlu məndən xahiş elədi sənə yetirəm ki, o səni ürəyin istədiyi işə qoya bilər.
Əzizim Həmidə! (14 iyul 1923)Cəlal və Lida indi sənin yanına gəlirlər, odur ki, sənə bu kağızı yazıram. Mən hələ də səndən hadisələr, teleqramlardakı (sənin və Cəmilin) xəbərlər haqqında təfsilat gözləyirəm. Lazım olan adamlarla danışmışam və ümidvaram ki, tutulanların hamısı azad olunacaqdır. Sən lap nahaq kəndə getdin. Mən, çox güman ki, oraya yayın ortalarında gələcəyəm. Münəvvərin alətlərini yaxın günlərdə poçtla göndərərəm. Uşaqlar necədirlər? Sən özünü naxoşluqdan gözlə. Cəlal dəyirmanın üstündə dayana bilər. Doğrudanmı çəyirtkə bütün əkinləri yemişdir?Ənvər üçün darıxıram. Yusifxan hər gün gəlib mənimlə görüşür.
Əzizim Həmidə! (30 iyul 1923)Şuşadan göndərdiyin kağızı və teleqramı aldım. Uşaqlarla birgə Lısoqorskda olduğunu biləndə çox şad oldum. Orada əməlli-başlı dincəl, çalış sentyabrın ortalarına qədər qalıb, oradan kəndə baş çəkmədən birbaşa Bakıya gələsən; çünki Lısoqorskdan sonra Kəhrizlidə yaşamağa dəyməz. Mən, çox güman, indi... işdən ayrılıb, Lısoqorska gələ bilməyəcəyəm. Bir də axı ora uzaqdır.Yusifxan Tiflisdə yollar müfəttişi işinə düzəlib və çoxdan Tiflisə gedib orada mənzil axtarır. Mənzil tapan kimi dərhal ailəsi ilə oraya köçəcək (fikri var ki, yay qurtaranda uşaqları da Tiflisə aparsın). Bu çox yaxşı vəzifədir, ona bu işdə Xudadad bəy çox kömək elədi. Mən, Müzəffərə də məsləhət görərdim ki, Tiflisdə yaşayıb ya oxusun, ya işləsin. Kənddə lazım olsa, mən də hərdənbir gedib təsərrüfat və dəyirman işlərini yoxlaya bilərəm. Doğrusu, bizim günlərdə, yaranmış vəziyyətdə əyalətdə fitnə-fəsad və böhtandan özünü qorumaq, habelə, hamının səndən razı qalmasına nail olmaq çətindir. Hamısı birdir, kimsə narazı qalacaq; illah sənin qəşəng atın olduğuna görə, yainki buna oxşar bir şeyə görə.
Başqa şairlərin şeirləri · Eşq
Ağlar ürəyim, səs gələr, ah-azar görünməz.Gözdən yaş axar, qaynağı zinhar, görünməz.
Sevirəm, axıAy gözəl bacı,Başımın tacı.
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.