Şuşadan göndərdiyin kağızı və teleqramı aldım. Uşaqlarla birgə Lısoqorskda olduğunu biləndə çox şad oldum. Orada əməlli-başlı dincəl, çalış sentyabrın ortalarına qədər qalıb, oradan kəndə baş çəkmədən birbaşa Bakıya gələsən; çünki Lısoqorskdan sonra Kəhrizlidə yaşamağa dəyməz. Mən, çox güman, indi... işdən ayrılıb, Lısoqorska gələ bilməyəcəyəm. Bir də axı ora uzaqdır.

Yusifxan Tiflisdə yollar müfəttişi işinə düzəlib və çoxdan Tiflisə gedib orada mənzil axtarır. Mənzil tapan kimi dərhal ailəsi ilə oraya köçəcək (fikri var ki, yay qurtaranda uşaqları da Tiflisə aparsın). Bu çox yaxşı vəzifədir, ona bu işdə Xudadad bəy çox kömək elədi. Mən, Müzəffərə də məsləhət görərdim ki, Tiflisdə yaşayıb ya oxusun, ya işləsin. Kənddə lazım olsa, mən də hərdənbir gedib təsərrüfat və dəyirman işlərini yoxlaya bilərəm. Doğrusu, bizim günlərdə, yaranmış vəziyyətdə əyalətdə fitnə-fəsad və böhtandan özünü qorumaq, habelə, hamının səndən razı qalmasına nail olmaq çətindir. Hamısı birdir, kimsə narazı qalacaq; illah sənin qəşəng atın olduğuna görə, yainki buna oxşar bir şeyə görə.

Mənim adımdan atamı və oğlumu qucaqla. Mehriban balaları, bizi qoyub gedən mehriban qızımızı öp.

Müzəffərə, Münəvvərə, Əliş bəyə, Nina Antonovnaya və Teymura salam.

Sənin Cəlilin

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Zənciri-müqəddəs

Aprelin 15-də Bakıda əmələ gələn yığıncağın Molla əmiyə iki mənfəəti oldu: biri budur ki, təzə bir “qurultay” sözü qazandıq. Hərçənd qabaqca bir az ülkən kimi oldum, amma tez vaxtda adət elədim. İndi bu saat elə bilirəm, elə atam-anamdan öyrəndiyim sözdür.Doğrudur, çox yerdə müsəlman qardaşlar bir çox başlar sındırdılar, bir çox lüğət kitabına baxdılar ki, qurultayın vətənini öyrənsinlər. Amma nə fars, nə ərəb kitablarında bir işarə tapa bilmədilər və tapa bilməzdilər də; çünki “qurultay” sözü tək bircə Dağıstan tərəfində [.. . ] qardaşlarımızın cığataylı əmi oğullarının arasında Nadir şah əsrində işlənən söz.

3 dəq
Bayramlar

Dünən getmişdim poçtxanaya atama pul göndərəm, Poçtun qapıları bağlı idi. Soruşdum:– Nə səbəbə?

2 dəq
Müsəlmanlar silahlanır

Möhtərəm oxucularımıza məlumdur ki, bu axır vaxtlar bizim əziz və mehriban erməni qonşularımız dünya və aləmə çığır-bağır salıblar ki, ay aman, qoymayın müsəlmanlar silahlanırlar ki, bu gün, sabah osmanlılar Qafqaza hücum edəndə bunlar da onlara qarışıb birdən tökülsünlər və xaçpərəstləri qırıb qurtarsınlar.Bu söhbətlərin nəticəsi o oldu ki, Qarsda, Tiflisdə və bir para qeyri yerlərdə soldatlar, doğrudan da, müsəlmanlardan bədgüman olub başladılar fəqir-füqəraya əziyyət eləməyə.

3 dəq
Arvadbazlıq

Axır vaxtlarda “Molla Nəsrəddin” idarəsinə bəzi yerlərdən bəzi şikayətlər gəlir. Şikayətçilərin içində bakılı da var, irəvanlı da var, göyçaylı da var və hələ bəlkə bir özgə yerli də var. Şikayətçilərin şikayət etdikləri mətləb əhəmiyyətsiz deyil. Nə danışırsan, necə əhəmiyyətsiz deyil, bəlkə çox vacib məsələdir. Əgər bu məsələ bu tez vaxtda açılmasa, biz müsəlmanlar üçün yaxşı keçməz.Məsələ budur:

2 dəq

Başqa şairlərin şeirləri