Bakının “Moskva” prospektindəkiişıq karvanına

Uçur, uçurHaça qatar durnadır.Qanadı nur,Teli par-par durnadır.

Nə el yalqız,Nə “Vidadi xəstədir”.QatarınızMontin yolu üstədir.

Səf-səf süzünYaraşıqlar içində.Bir də üzünGur işıqlar içində.

Bir oxsunuz,Sürətiniz burdadır.Siz çoxsunuz,Bakı – ana durnadır.

Uçun-uçunGözü büllur durnadır.Qəlbi coşqunLələyi nur durnadır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən