De, nə vardır dünyadaAna südündən təmiz.Doğulduğun torpaqdan,Olduğun evdən əziz?!

Dünyada gözəl nə varUşaq dünyası kimi,Bir yaz axşamındakıAna laylası kimi?

Dünyada siz göstərinElə bir övlad hanıUnutsun öz elini,Doğulduğu komanı?

Kim sevmir uşaqlığınƏlçatmaz dünyasınıDemək, duymayır əslaHəyatın mənasını.

Uşaqlığım əlimdənUçdu kəpənək kimi,Ah, onun arxasıncaGöndərdim öz qəlbimi.

Bəlkə tutub qaytaraUşaqlıq illərimi –Anam yenə oxşayaQıvırcıq tellərimi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri