Gecə keçib yarıdan,Ana baxır barıdan –Deyəsən nigarandır,Bir az övlad sarıdan:

– Qurbanam böy-buxuna,Bənzəmə bir çoxuna.Bir sevimli, kamallıQız girəydi yuxuna.

Göydə bulud ağ çətir,Yerdə gül saçır ətir.Gözləyirəm, o qızıAnana gəlin gətir...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar