Budağa kök deyən calaqlar var,Kökə bağlanmayan yalaqlar var.

Bu gülüstanda saf bulaqlar var,Orda qanqallaşan alaqlar var.

Alağı gül bilən ulaqlar var,Bülbülü duymayan qulaqlar var.

Ürəyi, varlığı dalaqlar var,Bizi çaşbaş qoyan dolaqlar var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar