Xoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.

Susuz çeşməyə bənzər ol ürək kim,Nə eşqin dərdini, nə qəm duyandır.

Bax, öyrən gör necə pərvanə, bülbülOlublar eşq şeydası zamandır.

Məhəbbət əhlinə bu kafidir kim,Öz eşqiylə o, rüsvayi-cahandır.

Məhəbbət mürği cövlan etsə harda,O eşq ovlar, xəbərdar ol, amandır.

İki dünyanı verrəm sən baxanda,Mənə eşqin bu sövdası əyandır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Necə, Vazeh, əsiri olmayım mənBu eşqin qarşısında Qaf yalandır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq